Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Nəbiyev Saday Əzim oğlu

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Baş mühasib

Nəbiyev Saday Əzim oğlu 25.01.1961-ci il tarixində Jdanov rayonunun 2-ci Aşıqlı kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə səkkizillik məktəbin 1-ci sinifinə daxil olub. 1978-ci ildə orta məktəbi bitirərək Jdanov rayonunun Qələbə kolxozunda əmək fəaliyyətinə başlayıb. 1979-1983-cü illərdə  Azərbaycan Xalq Təssərüfatı İnstitutunda “İqtisadçı” ixtisası üzrə ali təhsil alıb. 1983-1985-ci illərdə Rusiyanın Soratov şəhərində N saylı hərbi hissədə hərbi xidmət keçib. 1985-1987-ci ilərdə Jdanov rayonunun Qələbə kolxozunda kolxozçu, 1987-1990-cı illərdə isə həmin kolxozda hüquq məsləhətçisi , 16.08.1990-cı ildə ASR işçiləri Həmkarlar İttifaqı Beyləqan rayon komitəsində təlimatçı müfəttiş, 27.07.1993-cü ildən baş mühasib, 15.03.2001-ci ildən 02.01.2002-ci ilədək 2-ci Aşıqlı Sudan İstifadəedənlər Assosiasiyasında baş mühasib, 01.06.2003-cü ildən 14.11.2003-cü ilədək mühasib, 18.11.2003-cü ildən 01.11.2016-ilədək Xocavənd rayon Mədəniyyət və Turizm şöbəsində baş mühasib, 05.01.2017-ci ildən 03.07.2023-cü ildək Kürdəmir Regional Mədəniyyət İdarəsində baş mühasib vəzifəsini icra edib. 03.07.2023-cü il tarixindən Mil-Muğan Regional Mədəniyyət İradəsinin baş mühasibi vəzifəsini icra edir. 2-ci dərəcəli dövlət qulluqçusudur. Ailəlidir, 4 övladı var.