Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Ağammədov Ağalar Süleyman oğlu

İnzibati-təşkilati iş sektoru

Aparıcı məsləhətçi

Ağammədov Ağalar Süleyman oğlu 23 fevral 1992-ci ildə Sabirabad rayonunun Cavad kəndində anadan olub. 1998-2009-cu illərdə Sabirabad rayonu Teymur Məmmədov adına 1 saylı Cavad kənd orta məktəbində təhsil alıb. 2009-2014-cü illərdə Azərbaycan Turizm İnstitutunda “Muzeyşunaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə ali təhsil alıb.1 iyul 2016-cı il tarixdə Sabirabad rayon Qaragüney kənd yaradıcılıq evində mədəni təşkilatçı vəzifəsinə təyin edilib. 01.08.2017-ci ildən vəzifədə yüksələrək Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsində baş mütəxəssis vəzifəsinə təyin edilib. 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqədə uğur qazanaraq Dövlət Qulluğuna qəbul olmuşdur. 13.04.2018 -ci ildə Sabirabad Regional Mədəniyyət İdarəsində məsləhətçi, 03.07.2023-cü ildə Mil-Muğan Regional Mədəniyyət İdarəsində İnzibati-təşkilati iş sektorunun məsləhətçisi (sənəd və vətəndaşlarla iş üzrə) vəzifəsinə təyin edilib. 01.05.2024-cü il tarixindən Mil-Muğan Regional Mədəniyyət İdarəsində İnzibati-təşkilati iş sektorunun aparıcı məsləhətçisi (sənəd və vətəndaşlarla iş üzrə) vəzifəsini icra edir. 2-ci dərəcə dövlət qulluqçusudur.

E-poçt: aghalar3406@gmail.com