Quliyev Nadir Tahir oğlu
Mil-Muğan Regional Mədəniyyət İdarəsi
Rəis
Quliyev Nadir Tahir oğlu 15 oktyabr 1975-ci ildə Sabirabad rayonunda anadan olub. 1992-ci ildə Sabirabad şəhər M.Ə.Sabir adına 1 saylı Şəhər orta məktəbini bitirib. 1993-cü ildə Azərbaycan Qərb Universitetinin “İşgüzar İnzibatçılıq” fakültəsinə daxil olub və 1997-ci ildə həmin universiteti “Biznesin idarə olunması və iqtisadçı” ixtisası üzrə bitirib. 2011-ci ilədə ikinci ali təhsil üzrə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub və 2014-cü ildə həmin Akademiyanı “Politoloq” ixtisası üzrə bitirib.
1997-1998-ci illərdə “Bakmil” Azərbaycan-İtaliya Birgə Müəssisəsinin satış şöbəsində mühəndis menecer işləyib. 1998-1999-cu illərdə isə Hərbi Xidmətdə olub. Hərbi Xidmət zamanı Azərbaycan Respublikasının Hərbi Komisarlığında Qərargah rəisinin köməkçisi olub.
1999-2000-ci illərdə Sabirabad rayon Statistika İdarəsində baş iqtisadçı, 2000-2002-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin böyük referenti, şöbənin müdir əvəzi, 2002-2004-cü illərdə YAP Sabirabad rayon təşkilatında təlimatçı və rayon təşkilatının sədr müavini, 2005-2017-ci illərdə isə YAP Sabirabad rayon təşkilatının sədri, 2004-2023-ci illərdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi, 05.07.2023-04.02.2025-ci illərdə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində çalışıb. 05.02.2025-ci il tarixindən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır, eyni zamanda 2007-ci ildən Azərbaycan Futbol Federasiyaları Asossasiyasının Aran region üzrə nümayəndəliyinin rəhbəri vəzifəsini icra edir.
2018-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu-100” medalı, 2019-cu ilədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı, 2021-ci ildə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının “Vətən müharibəsi dövründə arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə” Fəxri Fərmanı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi İdarə heyətinin 21.01.2021-ci tarixli 08 saylı qərarı ilə “Fədai” medalı, 2021- ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin “Arxa cəbhədəki fədakar fəaliyyətinə görə” Fəxri Fərmanı, “Böyük Zəfər” xatirə medalı və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar YAP Sabirabad rayon təşilatınının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub. Dövlət qulluğunun kiçik müşaviridir.
Ailəlidir, iki övladı var.
Qəbul günləri: Çərşənbə axşamı, saat 10:00-13:00