Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əzimov Nazim Abdulrəhim oğlu

Mədəniyyət müəssisələri ilə iş sektoru

Baş məsləhətçi (İmişli rayonu üzrə)

Əzimov Nazim Abdulrəim oğlu 21.04.1975-ci ildə İmişli rayonu Göbəktala kəndində anadan olub. 1983-1993-ci illərdə İmişli rayon Göbəktala kənd tam orta məktəbini bitirib. 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Sosiologiya” ixtisası üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Respulikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İderəetmənin sosiologiyası” ixtisası üzrə magistr təhsili alıb. 01.07.2000-ci ildən 01.07.2002-ci ilədək İmişli rayon “Etimad”  müəssisəsində təsərrüfat müdiri, 01.04.2002-ci ildən 23.07.2003-ci ilədək İmişli  rayon Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərən “Gənclərin asudə vaxt mərkəzi” ndə aparıcı vəzifəsini, 24.04.2002-ci ildən 10.12.2015-ci ilədək İmişli rayon İcra hakimiyyəti başçısı aparatında müxtəlif vəzifələri, 10.12.2015-ci ildən 01.11.2016-cı ilədək İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, 01.11.2016-cı ildən 30.12.2016-cı ilədək İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin ləğvetmə komissiyasının sədri, 05.01.2017-ci ildən 27.06.2018-ci ildək Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində baş məsləhətçi (İmişli rayonu üzrə nümayəndə), 27.06.2018-ci il tarixdən 03.07.2023- cü ilədək  Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (İmişli rayonu üzrə nümayəndə) vəzifələrini icra edib. 03.07.2023-cü il tarixindən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (İmişli rayonu üzrə nümayəndə) vəzifəsini icra edir. 1-ci dərəcə dövlət qulluqçusudur. Ailəlidir, 2 övladı var.