23.04.2020
Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Sabirabad rayon Mədəniyyət Mərkəzi fəaliyyətini internet resursları üzərindən həyata keçirir. Bu işin tərkib hissəsi olaraq Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadənin sədrliyi və Mərkəzə tabe mədəniyət müəssisə rəhbərlərinin iştirakı ilə onlayn seminar-müşavirə keçirilmişdir. İclas zamanı tabe müəssisələrdə dezinfeksiya işlərinin davam etdirilməsi, yaşı 65 və daha yuxarı olan tənha sakinlərin ziyarət edilməsi və ya telefonla əlaqə saxlanılması, onların ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq köməklik göstərilməsi, habelə elektron xidmətlərdən daha çox istifadə edilməsi, videoçarxların hazırlanması və digər mövzularda müzakirələr aparılımış, müvafiq tapşırıqlar verilmişdir.