Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Beyləqanda Beynəlxalq Gənclər Günü qeyd olunub

12.08.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, Beyləqan Rayon İcra Hakimiyyətinin və

Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə

Gənclər və

İdman Sektorunun birgə təşkilatçılığı ilə 12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinın başçısı, YAP Beyləqan rayon Təşkilatının və Ağsaqqallar şurasının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Gənc marafonçuların və velosipedçilərin yürüşü ilə şəhərin qərb girişindən start götürərək, Heydər Əliyev parkında finiş edən tədbirdə, iştirakçılar ilk növbədə karateçilərin, güləşçilərin tennis və şahmat ustalarının nümunəvi çıxışlarını izləyib, gənclərin əl işlərindən, rəsmlərindən və kitablardan ibarət sərgi ilə, eyni zamanda gənc rəssamların iş prosesinin gedişi ilə tanış olublar. Ardınca gənc könüllülər tərəfindən parkın ərazisində və ətraf ərazilərdə təmizlik tədbirləri həyata keçirilib.

Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov tədbirdə iştirak edən gəncləri təbrik edərək onlara şəxsi həyatlarında və işlərində uğurlar arzulayıb və bu günlərdə Qazaxıstan Pespublikasının Şimkənd şəhərində keçirilən 1-ci Asiya cempionatında uğur qazanan gənc Alpaqutçulara Fəxri Fərman təqdim edib.

Sonda mədəniyyət müəssisələrinin musiqi kollektivi tərəfindən təqdim olunan geniş konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.