İmişli rayon Mədəniyyət Mərkəzi 1987- ci il avqust ayının 17 –də tikilib istifadəyə verilmişdir. İmişli rayon Mədəniyyət Mərkəzi 1 şəhər klubu , 4 mədəniyyət evi, 26 kənd klub filialları ilə əhaliyə mədəni xidmət göstərir. Mədəniyyət mərkəzinin ümumi sahəsi 4400 kv/m-dir. Mədəniyyət Mərkəzi ( filialları ilə birlikdə ) işçilərin sayı 115 nəfərdir. Onlardan 39 nəfəri texniki işçi, 76 nəfəri isə Mədəniyyət işçisidir. 76 nəfər mədəniyyət işçisindən 8 nəfəri Ali ixtisas, , 27 nəfəri orta ixtisas, ,41 nəfəri isə orta təhsillidir. Mədəniyyət Mərkəzinin binasının 2- ci mərtəbəsində 1 Uşaq musiqi məktəbi,1 şəhər kitabxanası, 1 İmişli Dövlət rəsm Qalereyası, Kürdəmir Regioanl Mədəniyyət İdarəsinin nümayəndəliyi yerləşir. Mədəniyyət mərkəzinin 2 foyesi, 650 nəfərlik tamaşa zalı və 12 pərdəlik səhnəsi , inzibati otaqı vardır ki, onların 2 – nən İmişli Dövlət Rəsm Qalereyası , 2-nən şəhər kitabxanası, 4-nən Kürdəmir Regioanl Mədəniyyət İdarəsinin nümayəndəliyi, 25- nən Uşaq musiqi məktəbi , 1 otaqa muzeyin əşyaları yığılıb , qalan otaqlardan 3- nə Mədəniyyət mərkəzinin inventar və avadanlıqları, 4- nən isə direktor, B\rəhbər , metodist otaqları kimi isdifadə edilir. Mədəniyyət Nazirliyinin 29.04.2015- ci il tarixli 217 saylı əmri və Nazirliyin 27.12.2012- ci il tarixli 08 saylı qərarına əsasən Mədəniyyət evlərinin, Mədəniyyət Mərkəzlərinə , kənd klublarının isə filiallara çevrilməsi ilə əlaqədar olaraq İmişli rayon Mədəniyyət Sarayıda 2015- ci ildə Mədəniyyət Mərkəzinə kənd klubları isə onun filiallarına çevrilmişdir. Mədəniyyət Mərkəzi profilləşmə ilə əlaqədar 7 müəsissə üzrə profilləşmişdir .
(02124)6-39-62
imishli.mm@mail.ru