Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir

27.09.2019

27 sentyabr 2019-cu il tarixdə şəhər 1 saylı tam orta məktəbdə rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və məktəbin müəllim-şagird (2 doqquzuncu sinif)  heyətinin iştirakı ilə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir  mühazirə oxunmuş və şagirdlərlə sual-cavab aparılmışdır.
Tədbiri giriş sözü ilə Mərkəzin direktor əvəzi Xanım Ağayeva açmış, baş fond mühafizi Məhəmməd İsayev mövzu barədə geniş məlumat vermiş, zal baxıcısı Təranə Məlikova isə uşaqlarla sual-cavabı təşkil etmişdir.
Tədbirdə qonaq qismində veteren müəllim Mübariz Xəlilov və Qarabağ müharibəsi qazisi İntiqam Abdulov da iştirak etmişlər.