16.09.2019
13.09.2019-cu il tarixində Şirvan şəhər Uşaq Musiqi məktəbində pedaqoji şura keçirildi. Pedaqoji şuranı məktəbin direktoru Əbülfət İsmayılov açaraq sözu Sabirbad Regional Mədəniyyət idarəsinin rəis müavini Əziz Abbasova verdi. Əziz müəllim kollektivi salamlayaraq yeni tədris ili münasibəti ilə təbrik etdi. Əbülfət İsmayılovu məktəbin direktor vəzifəsinə, Xədicə Hacıyevanı isə məktəbin tədris hissə müdiri vəzifəsinə təyin oldugunu söylərək, yeni rəhbərliyə və kolektivə gələcək işlərində nəaliiyətlər arzuladı.
Əziz müəllimin çıxışından sonra pedaqoji şura davam edərək yeni tədris ilində nəzərdə tutulan planları və cari məsələləri müzakirə etdi.