Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İstedad sərhəd tanımır” adlı sərgi

13.09.2019

Şirvan Dövlət Rəsm Qalereyası əlilliyi olan səxslərin yaradıcılığının dəstəklənməsi məqsədilə yeniyetmə şəhər sakini , nitq qüsurlu əlil Nərmin Əhədovanın fərdi sərgisini təşkil etdi. Sərgidə müəllifin 20-dən artıq rəsm və əl işləri nümayiş olunurdu. Sulu boya və quaşla kağız üzərində çəkilmiş reallıqdan kənar obrazların təsvir olunduğu rəsmlər seyircilərin daha çox diqqətini cəlb edirdi.Sanki, Nərminin fərqli daxili aləmi onun rəsmlərinə də siraət etmiş fərqli kompozisiyalar və rəng çalarları ortaya çıxmışdır.Sərginin açılışında Şirvan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova , həmçinin Şirvan şəhər əlillərin bərpa mərkəzinin baş həkimi Mehriban Siracova iştirak edərək Nərmin Əhədovanı bu uğuru münasibətilə təbrik etdilər və yeni yaradıcılıq uğurları arzuladılar. Sonda Nərminə Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunan sərgilərdə fəal iştirakına görə fəxri fərman təqdim olundu.Sərgidə təhsil , mədəniyyət və səhiyyə müəssisələrindən olmaqla 70-dən artıq qonaq iştirak edirdi.