25.07.2019
Şirvan Dövlət Rəsm Qalereyası açıq havada plener təşkil etmişdir. Əvvəlcə 20-ci əsrin əvvələrinə aid mis küzə və kəfkirdən ibarət natürmort qurulmuşdur. Natürmort ipək parça və meyvələrlə zənginləşdirilmişdir. Sonra molbertlər üzərində planşetlər və ağ kağızlar yerləşdirilmişdir. Qalereyanın direktoru Çinarə Vəliyeva şagirdlərə natürmortun akademik çəkilmə qaydasını izah etmişdir. 12 nəfər şagirdin iştirak etdiyi plener 2 saata yaxın davam etmişdir.