15.07.2019
12 iyul 2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində növbəti nigah mərasimi qeyd olundu. Hacıqabul sakinləri Zülfüqarov Nurlan və Cəbrayılova Nəzrin həyatlarının ən yadda qalan gününü Heydər Əliyev Mərkəzində qeyd etdilər. Hacıqabul rayon Qeydiyyat şöbəsinin əməkdaşı tərəfindən nigah kəsildikdən sonra, xüsusi hazırlanmış masa arxasında şərbət içib, tort kəsdilər və xatirə şəkilləri çəkdirdilər.