05.07.2019
5 iyul 2019-cu il tarixində Sabirabad rayon Heydər Əliyev Mərkəzində “İdrak Elmin İnkişafına” dəstək ictimai birliyinin kənd təsərrüfatı inkişafında teparativ təsərrüfatının rolu, yaradılması və faydaları mövzusunda tədbir keçirilmişdir. Rayonun bir çox kəndlərindən olan fermerlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Faiq Hüseynov qonaqları salamladı və sonra tədbir haqqında məlumat verdi, daha sonra qonaqları təqdim etdi: Mirintiqam Həsənov “İdrak Elmin İnkişafına” dəstək ictimai birliyinin sədri və eyni zamanda lahiyə rəhbəri Fərid Vəlizadə, Aqil Babayev hər ikisi ekspertlər. Zərurətindən, əhəmiyyətindən və onların fermerlərə gətirə biləcəyi mənfəətləri barədə selektor vasitəsi ilə tədbir iştirakçılarını təlimatlandırdılar. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirak və çıxış etmişdir.