03.07.2019
03 iyul 2019-cu iltarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Hacıqabul rayonunun mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilmişdir. Seminardara yonun mədəniyyət sahəsində çalışan əməkdaşları iştirak etmişdilər. Seminarda 6 ay ərzində mədəniyyət müəssisələrində görülmüş işlər müzakirə olunmuşdur. Sabirabad regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov çıxış edərək rayon mədəniyyət sahəsində görülən işlərdən danışmışdır, mədəniyyət işçilərinə növbəti 6 ay ərzində görüləcək işlər və tədbirlərlə bağlı müəyyən tapşırıqlar vermişdir.Hərbir müəssisə rəhbəri 6 ay ərzində görülmüş işlər haqqında məlumat vermişdirlər.