14.06.2019
Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü münasibətilə möhtəşəm konsert proqramı keçirilmişdir.Konsert proqramı 13 iyun 2019 cu il tarixində Saatlı rayon Heydər Əliyev Mərkəzinin qarşısında keçirilmişdir. Konsert proqramında Bakı şəhərindən dəvət olunmuş tanınmış müğənnilər Talıb Tale, Kamilə Nəbiyeva, Eldəniz Məmmədov, Gülyaz Məmmədova, Zakir Əliyevlə bərabər hər birimizin sevimlisi olan Kənan Heydərov, Sədi Muradov, Həsən Həsənov, Cəmil Mustafayev, Hacı Kamal Gülüşov və istedadlı saz ifaçısı Əziz Səfərovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olmuşdur.