14.06.2019
15 iyun-Milli Qurtuluş Günü münasibətilə Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyi və Şirvan Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 13 iyun 2019-cu il tarixdə saat 1030-da Şirvan Gənclər Evində “Heydər Əliyev və milli dövlət quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.Tədbiri muzeyin əməkdaşı Ülkər Salahova açmışdır.O, qeyd etmişdir ki,15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsidir.Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin qorunmasında ümumillilider H.Əliyevin müstəsna xidmətlərini vurğulamışdır.Mövzu ətrafında Şirvan Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev,Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülşən Vəliyeva,muzeyin əməkdaşı Xatirə Əliyeva və şəhər dövlət İqtisadiyyat və Humanitar kollecin tələbəsi Amin Quliyev və başqaları çıxış etmişlər.Tədbirin sonunda H.Əliyevə həsr olunmuş videofilm nümayiş olunmuşdur.