12.06.2019
Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin Tədbirlər planına müvafiq olaraq rayon Təhsil şöbəsinin birgə tışkilaçılığı ilə muzeydə 23 may 2019-cu il tarixindən başlanmış ümumtəhsil məktəblərinin tarix müəllimləri tərəfindən keçirilən ekskursiya, səyyar tarix dərsləri davam edir. 11 iyun 2019-cu il tarixdə Hacıqabul şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi, Cəbrayılova Səkinə İsmayıl qızı məktəbin 5-ci sinif şagirdlərinə 15 iyun “Azərbaycan xalqının milli qurtuluş günü” –nə həsr olunmuş mövzuda səyyar tarix dərsi keçmişdir. Ümumilli lider Heydər Əlirza oğlu Əliyev dünya liderləri içərisində seçilən, xalqını sevən, şəxsiyyət bu gün aramızda olmasada onun əməlləri yaşayır. Bu günki, xoşbəxt həyatımıza görə ona borcluyuq sözləri ilə cıxış etmiş və Heydər Əliyev haqqında sənədli film izləmişdirlər. Sonda muzeyin hər iki ekspozisiya zalını ziyarət etmişdirlər şagird və müəllim kollektivi yüksək təsüratlarla muzeydən xatirə şəkli çəkdirərək ayrılmışlar.