03.06.2019
Şirvan Dövlət Rəsm Qalereyasında Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə “Mənim rəngli dünyam” adlı sərgi təşkil edilmişdir. Qalereya dərnək üzvlərinin rəsmlərindən ibarət olan sərgidə 30-dan çox rəsm əsəri yer almışdır. Sərgidə Şirvan şəhər İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova , 16, 10, 5, 9 saylı məktəbin şagird və müəllimləri, Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecin tələbələri iştirak etmişlər. Tədbir zamanı qalereya əməkdaşları uşaqlara akvaqrim etmişlər. Ümumillikdə sərgidə 50-ə yaxın tamaşaçı iştirak etmişdir. Sərginin gün ərzində qalereyada nümayiş olunması nəzərdə tutulmuşdur.