30.05.2019
01 Aprel 2019-cu il tarixində KamART İncəsənət Qalereyası tərəfindən 01 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününəhəsr olunmuş “Nə yaxşı ki, mən varam” respublika rəsm müsabiqəsinin keçirilməsinə start verilmişdir. Azərbaycanın müxtəlif zonalarından müsabiqəyə 169 rəsm əsəri təqdim edilmiş və ümumilikdə 69 təhsil müəssisəsi iştirak etmişdir. Müsabiqə iki mərhələdə və 5-8, 9-12, 13-17 yaş kateqoriyası əsasında keçirilmişdir. Müsabiqəyə təqdim edilən rəsm əsərləri birinci mərhələdə onlayn səsyığma nəticəsində və ikinci mərhələdə –münsiflərin rəyi əsasında qiymətləndirilmişdir. Şirvan Dövlət Rəsm Qalereyasının dərnək üzvü Məmmədzadə Aynur onlayn səsvermə nəticəsində 2-ci yerə layiq görülmüş, KamART İncəsənət Qalereyasına dəvət edilərək fəxri fərmanla təltif olunmuşdur.