Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad Rayon Mədəniyyət Mərkəzində “Nəsimi-650” adlı rəsm sərgisi açılıb.

29.05.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin klassik Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən böyük Azərbaycan şairi  və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili”elan etməsi münasibətilə ölkənin müxtəlif qurumlarında olduğu kimi Sabirabad rayon mədəniyyət müəssisələrində Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir,sərgilər təşkil olunur. Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil olunan sərgi də “Nəsimi ili”çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.Sərgi Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq hazırlanmış tədbirlər planına uyğun olaraq reallaşıb. Sərgidə mərkəzin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdləri tərəfindən Nəsimini təsvir edən rəsm əsərləri, şairin müxtəlif illərdə çap olunmuş qəzəlləri, habelə 1973-cü ildə nəşr olunmuş farsca divanı, türk divanının əlyazma nüsxəsi, 2017-ci ilin yanvarında Suriya Ərəb Respublikası Mədəniyyət Nazirliyi yanında Qədim Abidələr və Muzeylər Baş Direktorluğunun əməkdaşları tərəfindən çəkilmiş Nəsiminin qəbri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin büstünün təntənəli açılışı fotosu və görkəmli şairin həyat və yaradıcılığını işıqlandıran müxtəlif nümunələr sərgilənir. Sabirabad rayon Mədəniyyət Mərkəzi və kənd müəssisələrində Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə çıxış edənlər bildirib ki, Nəsimi yaradıcılığı uzun illərdən bəri diqqət mərkəzində olub.Əlli il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi qeyd edildi.Onun ədəbiyyatda,incəsənətdə parlaq obrazları yaradıldı.1973-cü ildə çəkilən”Nəsimi”bədii filmi Azərbaycan kino sənətində xüsusi yer aldı.Tədbirlərdə Mərkəzin nəzdində fəaliyyət göstərən bədii qiraət üzvlərinin ifasında şairin qəzəllərindən parçalar səsləndirilmişdir. Bu il isə ölkə prezidentinin Sərəncamına əsasən respublikamızda Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd edilir.