Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Muzeylər canlı tariximizdir.

17.05.2019

Muzeylər həm də qan yaddaşımız, təsəlli yerimizdir.Muzeylər mənəvi tərbiyə ocağımız, ziyarət məkanımızdır. Muzeylər soy kökümüz, dünənimiz, bu günümüzdür.Muzeylər həm şəhid, həm də şahiddir.Muzeylər müasir həyatımızda həmçinin fəal təbliğat mərkəzidir.Planetimizin ən qədim əşyaları bu müqəddəs ocaqda toplanır, qorunur və nümayiş etdirilərək gələcək nəsillərə çatdırılır. Beynəlxalq Muzeylər Günü fədakar peşə sahibləri olan muzey işçilərinin həmrəylik bayramıdır.Bu münasibətlə muzeyimizin kollektivi adından bütün həmkarlarımızı təbrik edir, onlara xeyirxah işlərində uğurlu fəaliyyət arzulayırıq.