Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Sabirabadda sərgi təşkil olunmuşdur.

16.05.2019

Hər il olduğu kimi bu il də ənənəvi olaraq 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Sabirabad rayon Tarix-diyarşünaslıq muzeyində xalqın məişəti, etnoqrafiyası, yaşam tərzi, adət-ənənələri, tarixi keçmişi, xalq sənətkarlığı nümunələri ilə bağlı milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdur.Bu münasibətlə Sabirabad rayon H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbində xalq sənətkarlıq nümunələrindən ibarət sərgi təşkil olunmuş və şagirdlərin də əl işləri nümayiş etdirilmişdir.