16.05.2019
15 may 2019- cu il tarixdə Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş ”Oxu Bayramı” keçirilmişdir. Bayramsayağı bəzədilmiş Mərkəzi kitabxananın qarşısında böyük izdiham var idi. Müxtəlif oxucu qrupları, müəllimlər, tələbə və şagirdlər, ziyalılar MKS- nin əməkdaşlarının hazırladıqları kitab sərgilərinə baxaraq tədbirin başlamasını gözləyirdilər. Tədbiri Saatlı MKS-nin direktoru Azərbaycan Respublikasının “Fəxri mədəniyyət işçisi “Sakit Bağırov açmış, kitabın cəmiyyətdə oynadığı rol, dövlətimizin mədəniyyətimizə, o cümlədən kitabxanaya göstərdiyi diqqət və qayğısı haqqında ətraflı məlumat vermişdir. “Oxu Bayramı”nın aparıcısı Respublikanın “Əməkdar mədəniyyət işçisi ” Mehdi Mehdizadə musiqi sədaları altında kitab haqqında böyük mütəfəkkirlərin, filosof, yazıçı və şairlərin fikirlərini tədbir iştirakçılarıının diqqqətinə çatdırmışdır.Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin məsul işçisi Mehriban Ağayeva, şair-publisit 7 kitabın müəllifi Qalib Bayram, Uşaq Musiqi Məktəbinin direktoru Ramilla İsmayılova, Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Məhərrəm Cəfərzadə, Sabirabad Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Şərqiyyə Şahpələngova, Sabirabad MKS- nin direktoru Eldar Urufov, Tarix- diyarşünaslıq Muzeyinin direktoru Sürayyə Zeynalova, Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev, fəal oxucular Azər Fətullayev, Yaşar Zeynalov, Peyruz Nərimanov və digərlər çıxış edərək bu bayramın əhəmiyyəti haqqında ətraflı məlumatlar verdilər.Oxu Bayramının sonunda Mərkəzi Kitabxananın əməkdaşları tərəfindən müxtəlif elm sahələrinə dair aktual mövzularda sərgilər nümayiş etdirilmişdir.