Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarix yaradan şəxsiyyət

03.05.2019

03 may 2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə  “Tarix yaradan Şəxsiyyət” adlı tədbir keçirildi. Tədbirdə təhsil, mədəniyyət işçiləri və məktəblilər iştirak etdilər. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı, geniş məruzə ilə çıxış etdi, həmçinin tədbir iştirakçılarına Ulu Öndərin anadan olmasının ildönümünə həsr olunmuş Mərkəzdə hazırlanmış  Aylıq bülleten, keçiriləcək silsilə tədbirlər haqqında da məlumat verdi. Sonra Mərkəzin elmi işçisi Xanım Ağayeva və bələdçisi Nurlanə Muradova geniş məruzə ilə çıxış etdilər. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Əbədiyyət yolu” sənədli filmi nümayiş olundu.