Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müstəqil Azərbaycan Dövlətinin Memarı

01.05.2019

01 May 2019 cu il tarixdə Hacıqabul rayon Navahı qəsəbə kitabxana filialında  Azərbaycan xalqının ümummilli lideri   Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü  münasibəti ilə “ Müstəqil Azərbaycan Dövlətinin Memarı” adlı tədbir keçirilmişdir. Tədbirdə Rauf Qənbərov adına 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivi,   Rəncbər kənd mədəniyyət evi və 4 saylı kitabxana filialının işçiləri iştirak etmişdir. Kitabxananın qarşısında Ulu Öndər Heydər Əliyevin həyat  və fəaliyyətindən bəhs edən kitablardan ibarət sərgi təşkil olunmuşdur.
  Sonda “Təravət” instrumental ansanblının ifasında geniş konsert proqramı və şagirdlərin ifasında  şeirlər səsləndirilmişdir.