Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur

30.04.2019

Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür. Bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma vətənə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri   Heydər Əliyevdir. 30 aprel-2019 cu il tarixdə Hacıqabul rayon Qubalıbalaoğlan kənd  klubunda Ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə kənd sakinləri qarşısında, “Təravət” instrumental ansanbılının ifasında geniş konsert proqramı təşkil olunmuşdur. Tədbirdə kənd sakinləri ilə yanaşı  Navahı,  Atbulaq, Rəncbər kənd mədəniyyət müəssisələrinin işçiləridə iştirak edirdi.