29.04.2019
29 aprel 2019-cu il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzində seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə 11 aprel 2019-cu il tarixində Saatlı rayonunda keçirilən "Bölgələrdən-bölgələrə" Yaradıcılıq Festivalı, ödənişli dərnəklərin fəaliyyəti, may ayında keçiriləcək tədbirlər ətraflı müzakirə olunmuşdur. Bundan əlavə xalq yaradıcılığının 2019-2023-cü illərdə inkişafına dair Mədəniyyət Nazirliyinin Strateji Fəaliyyət Planının qarşıya qoyduğu həlli vacib işlər, yubiley tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Sosial şəbəkələrdə filialların fəaliyyəti müzakirə olunmuş, lazımi tapşırıq və tövsiyyələr verilmişdir.