06.04.2019
06 aprel 2019-cu il tarixdə Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanda Sosial məsələlər uğurla həyata keçirilir” mövzusunda Regional Müşavirə keçirilmişdir. Öncə qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilmişdir.Tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və partiyanın icra katibi, fəlsəfə doktoru, professor Əli Əhmədov, Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov, Millət Vəkilləri Elçin Quliyev və Rüstəm Xəlilov iştirak etmişdilər.Natiqlər qeyd etdilər ki, Prezident İlham Əliyev bəyan edib ki: “Ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir.Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır”.Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasət ölkəmizdə uğurla davam etdirilir.