Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel döyüşlərinin 3- cü ildönümü

05.04.2019

05  aprel  2019 – cu il tarixdə Sabirabad  rayon Heydər Əliyev Mərkəzində  Mərkəzin, Sabirabad rayon Uşaq və Ailələrə Dəstək  Mərkəzinin və Sabirabad Dövlət  Sosial – İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 3- cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları,Kollecin müəllim və tələbələri , Sabirabad rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etmişlər. Mərkəzin salonunda  sərgi açılmışdır. Sərgidə Aprel döyüşlərinə aid qəzet , jurnal və çap materialları  nümayiş olunmuşdur. Aprel döyüşlərində şəhid olmuş  həmyerlilərimiz Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyevə və əsgər Muradov Rizvan Telman oğluna aid materiallarda nümayiş olunmuşdur.  Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışlar olmuşdur.  Sabirabad rayon Heydər Əliyev Mərkəzinin fondun baş mühafizi Mehdiyeva Səlmi qeyd etmişdirki, 2016 – cı il aprelin 1- dən 2 – nə keçən gecədən başlayaraq  Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə baş vermişdir. Dördgünlük  müharibə zamanı Azərbaycan Silahli Qüvvələrinin  birləşmələrinə Goranbay rayonuna  və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri ,elecədə Seysulan məntəqəsini azad edib, Füzuli rayonun istiqamətində yerləşən “ Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri  Ağdərə - Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Sabirabad  Dövlət Sosial – İqtisadi Kollecinin müəlliməsi Səidə Hüseynova  qeyd etmişdirki, döyüşlərdə ermənilərə məxsus 30 tank, 15 – dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüçüsü  öldürülüb və 500 – dən artıq döyüşçüsü yaralanıb. Sabirabad rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rühəngiz Əliyeva bildirmişdir ki , Aprel döyüşlərində Azərbaycan ordusu bir daha gücünü və nəyə qadir olduğunu sübut etdi. Biz ordumuzla fəxr edirik. Yaşasın Azərbaycan  əsgəri!  Hörmətli Prezidentimiz cənab İlham Əliyev dediyi kimi : “Aprel döyüşləri  bizim şanlı tarixi qələbəmizdir!”.

 Tədbirin sonunda Mərkəzin 3D kinozalında tədbir iştirakçılarına Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş mayor və ölümündən sonra “Azərbaycan Bayrağı” ordenilə təltif olunmuş Urfan Vəlizadəyə aid film nümayiş olunmuşdur.