26.12.2017
26.12.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Akademiyası” nın növbəti iki dərsi keçirilmişdir. I dərs rayon Prokurorluğunun müstəntiqi Ədilə Əfəndiyeva tərəfindən keçirilmişdir. Dərsin mövzusu “Cinayət hüquq siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması baxımından qanunvericilikdə edilmiş dəyişikliklər” adlanır. II dərs Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov tərəfindən keçirilmişdir. Dərsin mövzusu “Yeni Azərbaycan Partiyasının 25 illik yüksəliş yolu” adlanır. Hər dərs 30 dəqiqə müddətində davam etmişdir.