26.12.2017
Şirvan Dövlət Rəsm Qalereyası 26 dekabr 2017-ci il tarixdə saat 11 :00- da Yeni binasinda ilk, 2017-ci ildə son sərgisini təşkil etdi."Şirvan Dövlət Rəsm Qalereyası 2018-ə doğru" adlı sərgidə qalereya əməkdaşları və dərnək üzvlərinin rəsm və əl işləri nümayiş olunurdu.Tədbirdə İcra Hakimiyyətinnən Samirə Bürcəliqızı, Rafael Nəsirov, Heydər Əliyev Mərkəzinin,Mərkəzi Kitabxananın əməkdaşları və digər təşkilatlardan nümayəndələr iştirak etdi.Sərginin açılışında 100-ə qədər mədəniyyət işçisi və sənətsevər iştirak edirdi.Sərgi dəvətlilər tərəfindən böyük maraqla qarşılandı.Dekabrn 27-də isə şəhər məktəblərindən müəllim və şagird kollektivinin iştirakı nəzərdə tutulmuşdur.