Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Mən bir susmaz duyğuyam ” (Ədəbi-bədii gecə.)

04.04.2019

Şirvan şəhər  Tarix-diyarşünaslıq  muzeyi  Azərbaycan ədəbiyya-tının  görkəmli nümayəndəsi ,böyük  şair ,yazıçı və dramaturq  Cəfər Qafar oğlu Cabbarlının anadan  olmasının 120 illiyi  müna- sibətilə   04 aprel 2019-cu il  tarixdə  “ Mən bir susmaz  duyğu- yam ki...”  adlı  ədəbi-bədii gecə  keçirmişdir. Tədbiri  muzeyin əməkdaşı  Ülkər  Salahova açmışdır. O qeyd etdi ki, ölkə  prezi-denti  cənab İlham  Əliyev  hələ ötən  ilin 17 dekabr  tarixində  bununla əlaqədar  xüsusi  sərəncam  imzalamışdır. Sərəncamda deyilir ”Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyatının geniş şöhrət tapmış nadir simalarındandır. Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında muzeyin kiçik elmi işçisi Reyhan Əliyeva geniş məruzə ilə çıxış etmişdir. Tədbirdə  şəhər 14 və 16 nömrəli tam orta məktəblərin şagirdləri Cəfər Cabbarlının şeirlərindən ibarət kompozisiya və “Sevil” pyesindən səhnələr göstərməklə çıxış etmişlər. Mövzu ilə bağlı tədbirdə videomaeriallar da nümayiş etdirilmişdir.