Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fəxri Xiyabanda, Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyevin məzarı ziyarət edilib

03.04.2019

Aprel zəfərinin üçüncü ildönümü qeyd edilmişdir. Sabirabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıda, II Fəxri Xiyabanda, Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyevin məzarı ziyarət edilib. Mərasimdə Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənov, Sabirabad rayonundan olan Millət Vəkilləri Elçin Quliyev, Rüstəm Xəlilov, Sabirabad Regional Mədəniyyət İdarəsi işçiləri, qəhramanın ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri və s. iştrak edib. Şəhidin məzarı üstdə müəqəddəs Qurandan ayələr oxunub, ziyarətçilər qəhrəmanın ailə üzvlərinə başsağlığı verib, onlara səbr diləyiblər. Şəhidin atası Telman Mirzəyev çıxış edərək, Vətən yolunda öz canından keçmiş oğlu ilə fəxr etdiyini vurğulamış, şəhid qanının yerdə qalmayacağını və tarixi torpaqlarımızı geri qaytaracağımıza bütün varlığıyla inandığını söyləmişdir.