Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad regional Mədəniyyət və Turizm İdarəsinin Şura iclası keçirilmişdir

25.12.2017

Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi yanında Şuranın 25 dekabr 2017-ci il tarixdə Şirvan şəhər Mədəniyyət Mərkəzinin Konfrans zalında Regional İdarənin 2017-ci il ərzində fəaliyyətinə dair iclası keçirilmişdir. İclasda Regional İdarənin tabeçiliyində olan mədəniyyət müəssisələrinin fəaliyyətləri barədə məsələ müzakirə edilmişdir. 
Şuranın sədri,Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi, Əhməd Ramazanov çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 mart 2016-cı il tarixli Sərəncamına(1932) əsasən  Regional Mədəniyyət və Turizm İdarələrin yaradılması ilə əlaqədar İdarənin üzərinə düşən vəzifələrdən və il ərzində görülmüş işlərdən ətraflı danışdı.O, öz çıxışında dekabr ayının 15-də Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin Sabirabad şəhər Heydər Əliyev Mərkəzində  vətəndaşları qəbul etməsindən, Nazirlik tərəfindən hazırlanmış layihələrin təqdimatından,  Regional İdarələrin illik fəaliyyətinə həsr olunmuş müşavirədə müzakirə olunmuş məsələlər haqqında da ətraflı məlumat verdi.
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi, şuranın məsul katibi  Telman Əzimov İdarənin tabeçiliyində olan mədəniyyət müəssisələrinin 2017-ci il ərzində fəaliyyətləri barədə məruzə ilə çıxış etdi.
Sonra müəsssisə rəhbərləri 2017-ci il ərzində rəhbərlik etdikləri müəssisələrin fəaliyyətləri haqqında ətraflı məlumat verərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Mədəniyyətyanı şuranın üzvləri, Regional İdarənin rəis müavini Əziz Abbasovvə başqaları çıxış edərək İdarənin tabeçiliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işinin əhatəli və bu sahəyə diqqətin daha çox olduğunu nəzərə alaraq bütün müəssisələrin fəaliyyətlərində daha da əzmlə çalışmağı tövsiyyə etdilər.
Şura iclasında İdarənin tabeçiliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsi, gələcək fəaliyyətlərində işlərin qarşılıqlı əməkdaşlıq formasında  qurulması, nümunəvi müəssisələrin fəaliyyətinin stimullaşdırılması qərara alındı.