Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada “Oxucu kafesi” fəaliyyət göstərir.

30.03.2019

Sabirabad Regional Mədəniyyət  İdarəsinin tabeliyindəki Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada “Oxucu kafesi” fəaliyyət göstərir. Oxucuların kitaba və kitabxanaya olan marağını, mütaliəyə həvəsini artırmaq məqsədilə təşkil edilən bu məkanda kitab təqdimatları, şeir gecələri də keçirilir. Onlar yaradılan şəraitdən razı qaldıqlarını bildirərək “Oxucu kafesi”nə həvəslə gəlirlər.
Layihə kitabı gənc nəsillərə sevdirmək, kitabsevərlər üçün əlverişli şəraitin yaradılması, kitabxanaya daxil olan yeni kitablar haqqında mütəmadi olaraq məlumatların verilməsi oxucuların cəlb olunması istiqamətində görülən vacib işlərdəndir.