Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon Mədəniyyət Mərkəzi ”31 Mart - Qanın qara rəngi”

29.03.2019

Sabirabad rayon Mədəniyyət Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə Sabirabad rayon Tarix Diyarşünaslıq muzeyinin təşkil etdiyi”Soyqırım tariximizdən”adlı sərgi nümayiş etdirilmişdi. Sərgidə əsrlər boyu erməni daşnaklarının Azərbaycan xalqına qarşı zaman-zaman soyqırım tarixlərini əks etdirən 50-dək foto,qəzet,jurnal və digər çap məhsulları yer almışdır. Sərgi qarşısında rayon Tarix Diyarşünaslıq Muzeyinin,Sabirabad rayon Mədəniyyət Mərkəzinin,Ailə və Uşaqlara dəstək Mərkəzinin birgə iştirakı ilə müştərək tədbir keçirilmişdir.Tədbir iştirakçıları ilk öncə şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra Muzeyin direktoru,”Əməkdar Mədəniyyət işçisi” Şükufə Əsgərova 31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə məruzə etmişdir.Məruzə ətrafında Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov, Ailə və Uşaqlara dəstək Mərkəzinin direktoru Ruhəngiz Əliyeva,Sosial pedaqoq Səbinə Əliyeva,Mədəniyyət Mərkəzinin bədii rəhbəri Elvin Rzayev,Sosial İqtisad kollecinin tələbəsi Aişə Şirinova çıxış etmişlər. Tədbirin sonunda Ailə və Uşaqlara dəstək Mərkəzinin könüllüləri və Sosial İqtisad kollecinin tələbələrinin ifasında vətənpərvərlik ruhunda şerlər səslənmişdir.