29.03.2019
Şirvan Dövlət Rəsm Qalereyası 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Soyqırım dəhşəti rəsmlərdə” adlı ümumişəhər tədbirində sərgi təşkil etmişdir. Yeni Azərbaycan Partiyasının Şirvan şəhərindəki qərargahının binasında təşkil olunmuş sərgidə qalereya dərnək üzvlərinin 30-dan çox rəsm və əl işi nümayiş olunmuşdur. 10, 16, 18, 2 və 4 saylı məktəblərin şagirdlərinin rəsmləri müxtəlif üslub və kompozisiyalarda olmasına baxmayaraq, eyni mövzunu 1918-ci ilin 31 Martında azərbaycanlıların kütləvi şəkildə törədilmiş soyqırımı səhnələrini əhatə edirdi. Sərgiyə Şirvan şəhərinin İcra başçısı Mərdan Camalov başda olmaqla Şura üzvləri tamaşa etmişdir.