28.03.2019
28 mart 2019-cu il tarixində Saatlı rayonunda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilmişdir. Anım mərasimində əməkdar mədəniyyət işçisi Mehdi Mehdizadənin rejissorluğu ilə hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Anım mərasimində Saatlı rayon İcra hakimiyyətinin, hüquq mühafizə orqanlarının məsul işçiləri, məktəblilər, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.