15.03.2019
Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə 15 mart 2019-u il tarixdə “Kəlağayım - milli örpəyim!” adlı ədəbi-bədii gecə keçirilmişdir.Azərbaycan xalqınınmilli-mənəvi dəyərlərinin qorunmasıvətəbliğinə həsr olunmuş tədbirdə kəlağayının yaranma tarixindən, istehsal prosesindən , coqrafiyası və onunla bağlı adət -ənə- nələrdən geniş məlumat verilmişdir. Məsələn, mənbələrdə qeyd olunur ki, hələ b.e. V-VI əsrlərində qadınların kəlağayıya bənzər baş örpəyindən istifadə olunması mövcud olmuşdur.Və kəlağayının ilk sovet illərində sıxışdırılması faktı da qeyd olunmuşdur. Tədbirdə şəhər ümumtəhsil məktəblərin sagirdləri maraqlı kompozisiya ilə,uşaq musiqi məktəbinin muğam sinfinin müəllim və şagirdləri, şəhər dövlət iqtisadiyyat və humanitar kollecin tərbiyə işləri üzrə direktor muavini Rasim Xəlilov və kollecin tələbəsi ,gənc şairə Nahidə Elman ,həkim, flolist Səidə Babayeva,şəhər 18 nömrəli məkəb-lisein dil və ədəbiyat müəllimi İbrahim Qurbanov və şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə İsmayilova çıxış etmişlər.Sonda muzeyin direktoru G.Vəliyeva tədbirdə əziyyəti olanlara və iştirak edən qonaqlara öz təşəkkürünü bildirmişdir.