Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Novruz gəlir, yaz gəlir” adlı konsert

18.03.2019

         Şirvan şəhər Uşaq Musiqi  Məktəbində “Novruz gəlir, yaz gəlir” adlı konsert təşkil olunmuşdur. Konserti giriş sözü ilə məktəbin direktor əvəzi Əbülfət İsmayılov açmışdır. Əbülfət müəllim öz adından və Sabirabad Regional Mədəniyyət İdarəsinin  rəisi Əhməd Ramazanov müəllimin adından  gələn qonaqları Novruz bayramı münasibətilə təbrik edərək, onlara bol ruzi bərəkət və can sağlığı arzulamışdır. Daha sonra fortepiano şöbəsinin müdiri Şəfaqət Hacıyeva müəllim və şagirdləri təbrik edib xoş arzular diləmişdir.  Konsertdə azərbaycan xalq bəstəkarlarının   musiqiləri, ələcə də xarici bəstəkarların müsiqilərindən ibarət gözəl kompozisiya  keçirilmişdir.