Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ölkəmizitanıyaq”

23.03.2019

"Ölkəmizitanıyaq" layihəsiçərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları – rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə
 yola çıxdılar

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları-rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxdılar.

Əvvəlcə tur-aksiya iştirakçıları Hacıqabul rayon Heydər Əliyev Mərkəzində toplandılar. Sonra Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildirdilər. Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva tur iştirakçılarına Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar haqqında geniş məlumat verdi.

Yola salma mərasimində rayon icra hakimiyyəti, təhsil, mədəniyyət şöbəsinin məsul işçiləri, valideynlər iştirak etdilər.

Dövlət başçısının təşəbbüsü ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları bu gün Quba şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiya çərçivəsində şagirdlər Quba-Qusar-Xaçmaz rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Mərasim başa çatdıqdan sonra Hacıqabullu məktəblilər avtobusla Qubaya yollandılar.