Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Novruz 2019” adlı rəsm sərgisi

15.03.2019

          Şirvan Dövlət Rəsm Qalereyasında “Novruz 2019” adlı rəsm sərgisi təşkil edilmişdir. Sərgidə qalereya dərnək üzvlərinin sulu boya, quaş və karandaşlarla çəkdikləri baharı tərənnüm edən rəsmlər nümayiş olunmuşdur.  Həmçinin, qalereyanın əsas və köməkçi fondlarında olan baharı  əks etdirən kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər də nümayiş edilmişdir. Milli adət ənələlərimizi əks etdirən mis qablar, milli geyimlər, kəlayağılar gələn qonaqlara xoş abu-hava yaratmışdır. Uşaqların düzəltdikləri “Novuzda təbiət” adlı əl işləri xüsusi maraq doğurmuşdur. Tədbirdə 30-dan çox rəsm əsəri nümayiş olunmuşdur.