Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mərkəzində “Ölkəmizi tanıyaq”

15.03.2019

15- mart  2019-cu il tarixdə Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası keçirilmişdir. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı Müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Gənclər Mərkəzmizdə olmuş, onlara ekskursiya saatı aparılmış və Mərkəzdən yola salınmışlar.