Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dostluq görüşləri”

14.03.2019

   14   mart   2019-cu   il  tarixində   2018-2019-cu  tədris  ili  üçün  təsdiq  olunmuş   tədbirlər  planına  uyğun  olaraq   Sabirabad  Regional  Mədəniyyət  İdarəsinin  tabeliyində fəaliyyət  göstərən   Şirvan   şəhər  Uşaq  Musiqi  məktəbinin  müəllim  və  şagird  kollektivi  “Dostluq  görüşləri”adı  altında  Hacıqabul  Uşaq   Musiqi  məktəbində  qonaq  olmuşdur.Hacıqabul  şəhər  Uşaq  Musiqi  məktəbinin  direktoru  Rahib  Məmmədov  çıxış  edərək  1993-cü  ildən  indiyədək  davam  edən  belə  gözəl  ənənənin  davam  etdirilməsini  yüksək  qiymətləndirmişdir.Şirvan  şəhər  Uşaq  Musiqi  məktəbinin  direktor  əvəzi  Əbülfət  İsmayılov  yüksək  səviyyədə  qarşılandıqları  üçün  minnətdarlığını  bildirmişdir.Tədbirin  bədii  hissəsi  Hacıqabul  şəhər  Uşaq  Musiqi  məktəbinin  xor  kollektivinin  ifası  ilə  başlamışdır.Sonra  səhnə  Şirvan  şəhər  Uşaq   Musiqi  məktəbinin   müəllim  və  şagird  kollektivinin  ixtiyarına  verilmiş  və  onların  ifasında  azərbaycan və  xarici  bəstəkarların   əsərləri  səsləndirilmişdir.