12.03.2019
12-Mart 2019- cu il tarixdə Hacıqabul rayon Navahı, Rəncbər, Atbulaq kənd mədəniyyət işçilərinin təşkilatçılığı ilə Atbulaq kənd Mədəniyyət evinin qarşısında geniş bayram şənliyi təşkil olunmuşdur, tədbirdə Sabirabad Regional Mədəniyyət idarəsinin nümayəndəsi Elnur Əmiiraslanov, Atbulaq kənd icra nümayəndəsi Pərviz Dadaşov, kənd ağsaqqalı Əlsoltan Fətəliyev və ədəbiyyat müəllimi Rafiq Əhmədov geniş çıxış etdilər. Bayram şənliyinə dəvət olunmuş Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan Həşimxanlı kənd Mədəniyyət evinin cəngavər pəhləvan qrupunun çıxışları dahada rəngarənglik qatdı.