07.03.2019
7 mart 2019 cu il tarixində Saatlı rayon Mərkəzi kitabxanasında “8 mart beynəlxalq qadınlar bayramı” münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Sakit Bağırov açmışdır. O, çıxışında qeyd etdi ki, Azərbaycanda qadının statusu son bir neçə min illik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. Sonra sözü Sabirabad rayon RMİ-nin Saatlı rayon üzrə nümayəndəsi Şərqiyyə xanım Şahpələngovaya verdi. Tədbirdə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Mehdizadə Mehdi, MKS-nin director müavini Həqiqət xanım Həziyeva çıxış etdilər. Sonda qadın əməkdaşlarımıza bayram münasibətilə hədiyyələr təqdim edildi.