Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

8 Mart Beynəlxalq Qadınlar Günü

06.03.2019

06 mart  2019 – cu il  tarixdə Sabirabad  rayon  Heydər  Əliyev Mərkəzində  8 Mart  Beynəlxalq  Qadınlar Günü  münasibəti ilə tədbir  keçirilmişdir.Tədbirdə  Millət vəkili Elçin Quliyev və Sabirabad  rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyevdə iştirak etmişdir.Millət vəkili Elçin Quliyev və Nadir Quliyev  rayonumuzun bir qrup fəal qadınları ilə görüşmüş və onları 8 Mart  Beynəlxalq Qadınlar Günü  münasibəti ilə təbrik etmişlər. Onlar qeyd etmişdilər ki qadınlar bayramı Azərbaycanda hər il geniş qeyd olunur. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz,adət - ənənələrimiz, dilimizin saflığı  məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib – seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadının mədəni və intellektual potansialından xəbər verir. Natiqlər çıxışlarında qeyd etdilər ki,ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Heydər Əliyev Fondunun Prezidenti, UNESCO – nun və İSESCO – nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai- siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hər tərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.Heydər Əliyev Fondunun  vitse – prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir.Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir. Çıxışçılar vurğuladılarki son zamanlar sosial şəbəkədə bir qrup  üzdən iraq vətəndaşlarımız və şər qüvvələr tərəfindən dövlətimiz, dövlətçiliyimiz cənab prezidentimiz İlham Əliyevin şəxsiyyətinə və ailəsinin ünvanına qeyri etik ifadələr səslənməsi xalqımız üçün və əsasən qadınları çox məyus etmişdir. Xalqımız bu cür şər qüvvələri hər zaman lənətləyir və lənətləyəcək. Onlara qarşı etirazimizi bildirəcəyik. Biz hər zaman Prezidentimiz İlham Əliyevin arxasındayıq və onun siyasətini dəstəkləyirik!  Tədbirin sonunda Millət Vəkili Elçin Quliyev tərəfindən qadınlara qiymətli hədiyyələr təqdim olundu.