Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

8 MART Beynəlxalq Qadınlar Günü

06.03.2019

06 mart 2019-cu il tarixdə Sabirabad Regional Mədəniyyət  İdarəsi və MİHİ Sabirabad Rayon Komitəsinin birgə təşkilatçılığı ilə. 8 MART Beynəlxalq Qadınlar Günü  münasibətilə geniş tədbir keçirilmişdir. Tədbirdə İdarə rəisi Əhməd Ramazanov çıxış edərək İdarənin  fəaliyyətindən, əldə olunmuş nailiyyətlərdən danışaraq idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan qadınları təbrik edib onlara  yeni-yeni uğurlar arzuladı. MİHİ Sabirabad rayon Komitəsinin sədri Telman Əzimov çıxış edərək rayon Komitəsinin  fəaliyyətindən və qarşıda duran vəzifələrdən ətraflı məlumat verərək bildirdi ki, bu kimi tədbirlər artıq ənənə halına almışdır.  İdarə rəisi Əhməd Ramazanov və rayon Komitəsinin sədri Telman Əzimov tədbir iştirakçılarına 8 MART hədiyyələrini təqdim etdilər. Sonra tədbir geniş konsert proqramı ilə davam etdirildi. Tədbirdə istedadlı müğənnilərdən şəhər klubunun müdiri Şamil Ağayev,  Qalaqayın kənd mədəniyyət evinin mədəni-təşkilatçısı Daşqın Mehdiyev və başqalarının ifasında  rəngarəng musiqilər səslənəndirildi