Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Od çərşənbəsi”münasibətilə Qaratəpə kəndində yerləşən “N”saylı hərbi hissədə tədbir keçirilib.

05.03.2019

05 Mart 2019-cu il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi Novruzun ikinci çərşənbəsi “Od çərşənbəsi”münasibətilə Qaratəpə kəndində yerləşən “N”saylı hərbi hissədə tədbir keçirilib.                                                    Tədbirin  aparıcısı əsgər və zabit heyətini salamlayaraq onları çərşənbələr və Novruz bayramı münasibətilə təbrik ediblər.  Tədbiri giriş sözü ilə açan əsgərləri bayramlar münasibətilə təbrik edib,çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyətlər arzulayıb.Digər çıxış edənlər əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib,düşmən üzərində qələbənin uzaqda olmadığını bildiriblər.  Bayram şənliyi Sabirabad rayon incəsənət ustalarının iştirakı ilə davam edib.Konsertdə səsləndirilən mahnıların sədaları altında əsgərlər rəqs ediblər.  Tədbirdə çıxış edən hərbi hissənin rəhbərliyi çıxış edərək qonaqlara təşəkkürünü bildirib,belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını,onlarda ruh yüksəkliyini söyləyib. Əsgərlərə bayram sovqatı paylanılıb,xatirə şəkli çəkdirilib.