Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Erkən nigaha son!

01.03.2019

01mart 2019-cu il tarixində M.Ə.Sabir adına Mərkəzi Kitabxanada Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Erkən nigaha son! başlıqlı tədbir keçirildi.Tədbiri layihənin rəhbəri Fəridə Fərəcova açaraq tədbir iştirakçılarını salamladı. O, Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurması barədə geniş söhbət açdı.Sonra layihənin təlimçisi Səbuhi Aslanov çıxış edərək yetkinlik yaşına çatmayan qızların sağlam ailə qurmasına fizioloji inkişafın qüsurları haqqında ətraflı şəkildə danışdı.Çıxışlardan sonra tədbirdə iştirak edən şəxslərin erkən nigahlara olan fikirləri dinlənildi. Kitabxana işçilərindən S.Rzayeva, K.İsmayılova, A.Babayeva, Z.Kərimova, L.Məmmədova erkən nigahların aradan qaldırılması işinin təbliğinin məktəblərdə təşkil edilməsinin məqsədə uyğun olduğunu söylədilər. Tədbirin sonunda iştirakçıların fəallarına "Sertifikatlar" təqdim edildi